IMG-LOGO

"Yüksəliş" müsabiqəsi bəzi təlim mərkəzlərinin qeyri-rəsmi elanlarına münasibət bildirib

25 Feb 2026 12:00 4 baxış
IMG

Son günlər bəzi təlim mərkəzləri "Yüksəliş" müsabiqəsinin adı və loqosundan istifadə olunmaqla sınaq imtahanları və hazırlıq proqramlarına dair elanlar paylaşır.

"Report" xəbər verir ki, bu məsələ ilə bağlı "Yüksəliş" müsabiqəsi münasibət bildirib

Vurğulanıb ki, qeyd olunan fəaliyyətlərin müsabiqə ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil:

"⁠VI "Yüksəliş" müsabiqəsinin qeydiyyat mərhələsi hələ elan edilməyib. ⁠Rəsmi imtahan tarixləri, eləcə də müsabiqə ilə bağlı bütün rəsmi məlumatlar yalnız "Yüksəliş" müsabiqəsinin rəsmi səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır. Namizədlərdən xahiş edirik ki, məlumatları yalnız rəsmi mənbələrdən əldə etsinlər və qeyri-rəsmi elanlara qarşı diqqətli yanaşsınlar".

Xəbər lenti