IMG-LOGO

Sərdar Cəlaloğlu namizədliyini geri götürdü

26.07.2024 20:27 37 baxış
IMG

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu sentyabrın 1-də Şahbuz-Kəngərli seçki dairəsindən namizədliyini geri çəkməsi ilə bağlı qərar qəbul edib.

Lent.az Bakupost.az-a istinadən xəbər verir ki, qərarda deyilir:

“ADP tərəfindən namizədliyimin irəli sürüldüyü 3 saylı Babək-Şahbuz-Kəngərli seçki dairəsindən olan seçicilərin gözləntilərinə seçiləcəyim təqdirdə indiki xarici və daxili şərtlərdə cavab verə bilməyəcəyimi və bunun da milli maraqlara uyğun olmayacağını nəzərə alaraq partiya rəhbər strukturlarının razılığı əsasında seçkilərin bundan sonrakı mərhələsində iştirak etməkdən imtina ilə bağlı qərar verirəm.

Seçkilərdə iştirak edən partiyanın digər üzvlərinə isə uğurlar arzulayıram.”

Xəbər lenti