IMG-LOGO

Büroda vəkilin meyiti tapıldı - başından vurulub

26.07.2024 19:46 31 baxış
IMG

Türkiyədə vəkil iş yerində ölü halda tapılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kayseri şəhərinin Kocasinan qəsəbəsində baş verib. 40 yaşlı Kazım Selim Somtaş ofisdə tapança ilə başından vurulmuş halda aşkarlanıb.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onun öldüyünü müəyyən ediblər. Faktla bağlı araşdırma aparılır. Hadisənin intihar olub-olmadığı araşdırılır.

Xəbər lenti