IMG-LOGO

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26.07.2024 16:31 41 baxış
IMG

Bir neçə gün öncə haqqında xərçəng xəstəliyinə tutulması barədə məlumat yayılmış müğənni Ofeliya Şabanova açıqlama verib.

Lent.az-ın xəbərinə görə, müğənni sosial şəbəkə hesabında canlı yayım açaraq yayılan xəbərlərin yalan olduğunu deyib.

“Dostumu düşmənimi tanıdım. Kimlər haqqımda bu arzudadır, onu bildim. Heç bir xəstəliyim yoxdur, mən də bütün xanımlar kimi ginekoloji müayinədən keçmişəm. Xırda problemlər var idi, o da keçəcək inşallah. Mən xəstə olduğumu deməmişəm. Bunu kim, niyə uydurub?”, - o bildirib.

Xəbər lenti