IMG-LOGO

Keçmiş arvadını öldürtdürmək istəyən azərbaycanlı siyasətçi saxlanıldı

17 Nov 2026 17:55 33 baxış
IMG
1 0

Gürcüstanda keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etməkdə şübhəli bilinən Qardabani bələdiyyə məclisinin sədrinin sabiq müavini  Rəfi Orucov saxlanılıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, istintaqın məlumatına görə, Rəfi Orucov qısqanclıq zəminində yaranmış münaqişəyə görə keçmiş həyat yoldaşı Aygün Maqalovanı öldürtdürmək istəyib.

O, tanışına 25 min dollar müqabilində muzdlu qatil tapmağı tapşırıb.

Gizli istintaq tədbirləri zamanı müəyyən edilib ki, şübhəli şəxs qətlin cütlüyün üç azyaşlı övladının analarının yanında olmadığı vaxt törədilməsini planlaşdırıb.

Yerli sakinlərin sözlərinə görə, tərəflər arasında uzun müddətdir münaqişə və məhkəmə çəkişməsi davam edirmiş.

Gürcüstan hadisə Azərbaycanlı iş adamı

Mənbə: lent.az

Xəbər lenti