IMG-LOGO

Yevlaxda AĞIR QƏZA: 2 nəfər öldü

17 Nov 2026 14:40 29 baxış
IMG
3 0

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Goranboy sakini Tural Əliyevin idarə etdiyi "İnfinti" markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü Tural Əliyev və sərnişin Pəri Məstəliyeva ölüb.

 

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti