IMG-LOGO

Xaçmazda AĞIR QƏZA ölən və yaralılar var

17 Nov 2026 09:14 32 baxış
IMG
0 0

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə noyabrın 16-da saat 03 radələrində Yalama-Xudat yolunda qeydə alınıb.

Asim Muradxanov idarə etdiyi avtomobilin idarəetməsini itirərək yolun sağ kənarına aşıb.

Nəticədə sürücü Asim Muradxanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər Şadrik Babaxanov, Rafik Arzumanov və Raik Ramazanov isə yüngül xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti