Şirvanda məktəbli digər məktəblini bıçaqlayıb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, Şirvan sakini, 13 yaşlı Allahverdizadə Şakir Həsənxan oğlu sol budunun kəsilmiş-deşilmiş yaraları ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Onun Ümid adlı 9-cu sinif şagirdinin bıçaqla vurulduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.