IMG-LOGO

Biləsuvarda motosiklet yük maşınına çırpılıb, ölən var

13 Nov 2026 18:35 34 baxış
IMG

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan motosikletlə "Atego" markalı yük avtomobilinin toqquşması nəticəsində motosikletin sürücüsü, rayon sakini, 2000-ci il təvəllüdlü Elşən Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: report.az

Xəbər lenti