IMG-LOGO

UEFA rəhbərliyinə yeni müddətə seçilməsi üçün bunu etmək istəyir

11 Dec 2023 17:19 57 baxış
IMG

UEFA prezidenti Aleksander Çeferin onun qurumun başında qalmasına mane olan məhdudiyyətləri aradan qaldıracağını düşünür.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Çeferin 2016-cı ildə UEFA-nın rəhbəri vəzifəsinə keçib. O vaxtdan bəri o, iki dəfə yenidən seçilib: 2019 və 2023-cü illərdə. UEFA prezidentliyinə seçilmək üç müddətlə məhdudlaşır, ona görə də o, 2027-ci ildə vəzifəsini tərk etməli olacaq.

Mənbənin sözlərinə görə, 56 yaşlı sloveniyalının postunda qalmasına imkan yarada biləcək düzəlişlər UEFA üzvləri tərəfindən 2024-cü il fevralın 8-də Parisdə keçiriləcək konqresdə səsverməyə çıxarılacaq.

Mənbə: lent.az

Xəbər lenti