Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 51 milyon ABŞ dolları dəyərində qida və içki idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən 47,4 % çoxdur.
Bu ilin ilk 9 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 745 milyon ABŞ dolları dəyərində qida və içki alıb ki, bu da bir il əvvəlki göstəricidən 15,5 % çoxdur.
Hesabat dövründə Gürcüstan Rusiyadan 381 milyon ABŞ dolları, Türkiyədən 173 milyon ABŞ dolları, Ukraynadan 121 milyon ABŞ dolları, Braziliyadan 103 milyon ABŞ dolları, Polşadan 79 milyon ABŞ dolları dəyərində məhsul alıb.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 2,2 milyard ABŞ dolları dəyərində qida və içki alıb ki, bunun da 53 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.
Mənbə: report.az