IMG-LOGO

Fransa XİN supermarketlərə edilən kiberhücumlara görə İran səfirini çağırıb

10 Nov 2026 14:07 2 baxış
IMG

Fransa Xarici İşlər Nazirliyi (XİN) ölkənin yüzlərlə supermarketində soyuducu sistemlərin sıradan çıxması ilə nəticələnən genişmiqyaslı kiberhücumda Tehranın əli olması barədə bəyanatlar fonunda İran səfirini çağırıb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Fransa XİN-in bəyanatında bildirilib.

Fransa rəsmilərinin məlumatına görə, oktyabr ayında bütün ölkə üzrə kommersiya soyuducu sistemlərinin işini pozan kiberhücumların arxasında İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dayanır.

Daha əvvəl Fransanın XİN rəhbəri Jan-Noel Barro qeyd edib ki, Paris Avropa İttifaqı sanksiyalarının tətbiq edilməsinə nail olmaq niyyətindədir.

Mənbə: report.az

Xəbər lenti