IMG-LOGO

Bir günə 3 aylıq qar yağdı

10 Nov 2026 13:31 3 baxış
IMG
1 0

Rusiyanın Saxalin vilayətinin Xolmsk şəhərində bir sutkadan az müddətdə üç aylıq yağıntı normasına bərabər qar yağıb.

Lent.az xəbər verir ki, bu barədə şəhərin meri Dmitri Lyubçinov məlumat verib.

Onun sözlərinə görə, yol xidmətləri gecə saatlarından qarın təmizlənməsinə başlayıblar. Artıq şəhərin mərkəzi küçələri qardan təmizlənib, sosial əhəmiyyətli obyektlərə gediş-gəliş təmin edilib.

Hazırda kommunal xidmət əməkdaşları məhəllədaxili yolları və səkiləri qardan təmizləyirlər.

Toplanan qarın şəhərdən daşınmasının qarşıdakı gecə həyata keçirilməsi planlaşdırılır.

Yerli hakimiyyət orqanları ictimai nəqliyyatın hərəkətinin bir saat ərzində bərpa olunacağını da açıqlayıblar.

dünyadan xəbərlər qar Rusiya

Mənbə: lent.az

Xəbər lenti