IMG-LOGO

"Qala Sığorta"nın xalis mənfəəti 54 % azalıb

10 Nov 2026 13:15 3 baxış
IMG

"Qala Sığorta" ASC bu ilin yanvar-sentyabr aylarını 5,054 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 54,1 % azdır.

9 ayda "Qala Sığorta"nın gəlirləri 55,55 milyon manat (1 il əvvələ nisbətən 17,6 % az), xərcləri 49,233 milyon manat (8,25 % az), mənfəət vergisi ödəmələri isə 1,263 milyon manat (54,1 % az) təşkil edib.

Bu il oktyabrın 1-nə "Qala Sığorta"nın aktivləri 96,98 milyon manat olub ki, bu da illik müqayisədə 1,05 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 6 % artaraq 70,711 milyon manata çatıb, balans kapitalı isə 7,1 % azalaraq 26,27 milyon manata düşüb.

Xatırladaq ki, "Qala Sığorta" 1999-cu ildən fəaliyyət göstərən "Çartis Azərbaycan" şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,018 milyon manatdır. Şirkətin səhmlərinin hər biri 16,2 % olmaqla İftixar Fərəcov, Namiq Hətəmov, Cavid Mirhadıyev, Əbülfət Tağıyev və Mehman Yusifova, 10 %-i Kamal İbrahimova (Direktorlar Şurasının sədri), 9 %-i isə Vəliəhd Səfərova məxsusdur.

Mənbə: report.az

Xəbər lenti