IMG-LOGO

Səudiyyə Ərəbistanı Ər-Riyad istiqamətində buraxılan iki raketi ələ keçirib

08 Nov 2026 10:20 22 baxış
IMG

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilər tərəfindən krallığın paytaxtı Ər-Riyad istiqamətində buraxılan iki raketi ələ keçirərək məhv edib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, raketlər Yəmənin "Ənsar Allah" hərəkatının nümayəndələri tərəfindən buraxılıb.

Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Mənbə: report.az

Xəbər lenti