IMG-LOGO

Qazaxda iki nəfər bir-birini bıçaqladı

07 Nov 2026 10:06 36 baxış
IMG
0 0

Qazaxda bıçaqlanma hadisəsi olub.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakinləri 21 yaşlı İ.Əlizadə və 19 yaşlı F.Musayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, hər iki şəxs aralarında baş verən mübahisə zamanı bir-birinə bıçaqla xəsarət yetiriblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Hadisələr bıçaqlanma kriminal xəbərlər

Mənbə: lent.az

Xəbər lenti