Azərbaycan möhtəşəm qlobal idman yarışlarına mükəmməl ev sahibliyi etməklə dünyada güclü bir idman mərkəzi kimi tanınır.
Lent/az APA-ya istinadən xəbər verir ki, bu sözləri Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatının açılış mərasimində bildirib.
Nazir deyib ki, qarşıdakı yarışlar yüksək idman ustalığının, ədalətli mübarizənin və qarşılıqlı hörmətin parlaq nümunəsinə çevriləcək:
“Eyni zamanda iştirakçılar üçün təcrübə mübadiləsi aparmaq və peşəkar əlaqələri möhkəmləndirmək baxımından mühüm imkanlar yaradacaq. İnanırıq ki, bu idman növünün inkişafı sağlam həyat tərzinin təbliğinə, yanğınsöndürmə peşəsinin nüfuzunun yüksəlməsinə, eləcə də gənc nəslin idmana və cəmiyyətə xidmətə marağının artmasına xidmət edəcək.
Bu səviyyəli idman yarışları ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi, qabaqcıl təcrübənin paylaşılması və peşəkar qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün əlavə imkanlar yaradır. Hər birinizə öz gücünüzə inam, dözümlülük, yüksək mübarizə əzmi və uğurlu nəticələr arzulayıram”,- nazir qeyd edib.
Kəmaləddin Heydərov idman yarışladıMənbə: lent.az