Ermənistan sülh sazişi imzalandıqdan sonra beynəlxalq instansiyalarda Azərbaycana qarşı iddialarını geri götürəcək.
"Report" "Armenpress"ə istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin aparat rəhbəri Lilit Makunts parlamentin daimi komitələrinin birgə iclasında bildirib.
"Ermənistan və Azərbaycan arasında mövcud mübahisələrə gəldikdə isə sülh prosesi məntiqi çərçivəsində, əlbəttə, sülh sazişi imzalandıqdan sonra iddiaların qarşılıqlı şəkildə geri götürülməsinə dair qərar qəbul edilə bilər", - o bildirib.
Mənbə: report.az