IMG-LOGO

Ukrayna Ombudsmanı: Oleşkidə neçə sakinin Ukraynaya qayıtmağı seçdiyini açıqlamayacağıq

02 Nov 2026 17:07 4 baxış
IMG

Ukrayna Ombudsmanı Dmitro Lubinets Ukrayna hakimiyyətinin Oleşki sakinlərindən neçəsinin Ukraynaya qayıtmağı seçdiyini açıqlamayacağını deyib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, mətbuat konfransında D. Lubinets qeyd edib ki, bu Rusiya ilə razılaşdırılmış məsələdir:

"Rusiya tərəfi ilə razılaşmalar çərçivəsində neçə vətəndaşın Rusiya Federasiyasının nəzarət etdiyi əraziyə getdiyini açıqlanmayacaq".

Ombudsman bildirib ki, bu, hazırda Ukrayna vətəndaşlarının oxşar şəraitdə yaşadığı digər yaşayış məntəqələrinə münasibətdə tətbiq edilə biləcək potensial mexanizmdir.

Qeyd edək ki, Ukraynanın Xerson vilayətinin Rusiya ordusunun nəzarətində olan Oleşki rayonunda uzun sürən humanitar fəlakətdən sonra müvəqqəti atəşkəs elan edilib. Ukrayna və Rusiya ombudsmanlarının birgə iştirakı ilə oktyabrın 30-u və noyabrın 1-də Oleşki sakinləri təxliyə edilib.

Mənbə: report.az

Xəbər lenti