IMG-LOGO

SOCAR ötən rüb ixrac etdiyi neft və qaz həcmlərini açıqlayıb

02 Nov 2026 14:14 2 baxış
IMG

Bu ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarına 3 milyon 916 min 748 ton xam neft ixrac edib.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın 2026-cı ilin III rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.

Bu, 2025-ci ilin iyul-sentyabr ayları ilə müqayisədə 184 min 629 ton və ya 4,5 % azdır.

Ötən rüb ölkə üzrə təbii qaz ixracı 5 milyard 738 milyon 88 min 93 kubmetr təşkil edib ki, bu da illik müqayisədə 548 milyon 830 min 597 kubmetr və ya 8,7 % azdır.

Qeyd edək ki, hesabat dövrü ərzində SOCAR tərəfindən xarici bazarlara göndərilən neft həcmlərinə şirkətin öz resursları hesabına hasil etdiyi neft ilə yanaşı, ölkə ərazisində fəaliyyət göstərən beynəlxalq konsorsiumların istehsal etdiyi neftdən Azərbaycan dövlətinə və SOCAR-a düşən mənfəət payları da aid edilir.

Xatırladaq ki, 2025-ci ilin III rübündə SOCAR xarici bazarlara 4 milyon 101 min 377 ton neft, 6 milyard 286 milyon 918 min 690 kubmetr isə qaz ixrac edib.

Mənbə: report.az

Xəbər lenti