IMG-LOGO

Sabah Bakının iki rayonunda qaz olmayacaq

13.07.2024 14:06 100 baxış
IMG

Paytaxtın Nəsimi və Xətai rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“Azəriqaz”dan Lent.az-a verilən məlumata görə, Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsində Cavanşir körpüsünün söküntü sahəsində qaz xəttində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar iyulun 14-ü saat 13:00-dan işlər yekunlaşanadək qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri görülən müddətdə Nəsimi rayonunun Üzeyir Hacıbəyov küçəsinin və Xətai rayonunun Həsən Salmani küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti