Türkiyənin məşhur cütlüyü Eser Yenenler və Berfu Yenenler sosial media hesablarında paylaşdıqları açıqlama ilə pərəstişkarlarını kədərləndirib.
Lent.az xəbər verir ki, bir müddətdir ictimaiyyətdən uzaq qalan cütlük 12 həftə davam edən hamiləliyin başa çatdığını açıqlayıb.
Berfu Yenenler yanlış məlumatların yayılmasının qarşısını almaq üçün bu xəbəri özlərinin açıqlamaq istədiklərini deyib. Buna səbəb hamiləliyin çətin keçməsi və ağırlaşmalarla müşahidə edilməsi olub. Cütlüyə minlərlə dəstək və başsağlığı mesajı göndərilib.
Qeyd edək ki, Berfu 2015-ci ildə "Miss Turkey" gözəllik müsabiqəsində iştirak etdikdən sonra tanınıb və həmin il "Miss International" yarışmasında Türkiyəni təmsil edib. Daha sonra aparıcılıqla məşğul olub.
Berfu Yenenler 2017-ci ildə aktyor və aparıcı Eser Yenenlerlə münasibətə başlayıb. Cütlük 2019-cu ildə ailə həyatı qurub. Onların Kuzey və Mete adlı iki oğul övladı var.
hamilə körpə model aktyor
Mənbə: lent.az