IMG-LOGO

Qarabağ kanalında batan kişinin meyiti tapıldı - YENİLƏNİB

21 Jul 2026 17:43 3 baxış
IMG
47 0

Bərdədə kanalda batan kişinin meyiti tapılıb.

FHN-dən Lent.az-a verilən məlumata görə, 17 iyul tarixində Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 40 km aralı, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

19 iyul, saat 14:19

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bərdə Qarabağ kanalı batma boğulma

Mənbə: lent.az

Xəbər lenti