Lənkəranda mağazada meyit aşkar olunub.
Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisində, Zərifə Əliyeva küçəsindəki mağazaların birində kişi meyiti tapılıb.
İlkin məlumata görə, meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasını işlədirmiş.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az