Bakıda sürücü sükan arxasında ölüb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Davud Salman oğlu Salamov idarə etdiyi “Ford” markalı 90 JR 489 N-li avtomobildə ürək tutmasından ölüb.
Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb.
Araşdırmalar aparılır.
HadisələrMənbə: lent.az