Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 54 min 323 ton pambıq mahlıcı istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 % çoxdur.
Bu il oktyabrın 1-nə ölkədə 7 min 519 ton hazır məhsul ehtiyatı olub.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 97 min ton pambıq mahlıcı istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 33 % çoxdur.
Mənbə: report.az