IMG-LOGO

Ayı ilə toqquşan qatar relsdən çıxdı

31 Oct 2026 15:56 3 baxış
IMG
3 0

Yaponiyada sərnişin qatarı qonur ayı ilə toqquşaraq relsdən çıxıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Hokkaydo adasındakı Soya dəmir yolu xəttində baş verib.

Məlumata görə, oktyabrın 30-da 3 nömrəli ekspress qatarı Teşio-Nakaqava və Toykanbetsu stansiyaları arasında qonur ayı ilə toqquşub.

Heyvan qatarın altına düşüb və nəticədə birinci vaqon relsdən çıxıb. Hadisə zamanı qatarda olan 34 sərnişin və ekipaj üzvündən heç kim xəsarət almayıb.

Hadisələr Qatar rels ayı toqquşma

Mənbə: lent.az

Xəbər lenti