Azərbaycan Basketbol Liqasının V turunda "Neftçi" "LANDAU Lions"la qarşılaşıb.
"Report"un məlumatına görə, Bakı İdman Sarayında baş tutan görüş "Neftçi"nin 86:84 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun ötən gün keçirilən açılış oyununda "Ordu" "Naxçıvan"ı 84:76 hesabı ilə üstələyib. V tura noyabrın 1-də yekun vurulacaq.
Mənbə: report.az