IMG-LOGO

Azərbaycan dəri istehsalını 24 %-ə yaxın artırıb

31 Oct 2026 12:31 4 baxış
IMG

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 52 min kvadratmetr emal edilmiş dəri istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.

Bu il oktyabrın 1-nə, Azərbaycanda 137,9 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 58 min kvadratmetr dəri istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 10 % azdır.

Mənbə: report.az

Xəbər lenti