IMG-LOGO

Azərbaycanda bu məktəblərin adı dəyişdirildi

31 Oct 2026 12:29 5 baxış
IMG
0 0

Azərbaycanda məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların siyahısında dəyişiklik olunub.

Lent.az-ın xəbərinə görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.

Əmrə əsasən, Qubada məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevkaya Çinarlı, ümumi təhsil müəssisələri üzrə isə Vladimirovka adı Elbirlə, Alekseyevka isə Çinarlı ilə əvəzlənib.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 1-də Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanunu təsdiqləyib.

sosial xəbərlər məktəblər Qubanın kəndləri

Mənbə: lent.az

Xəbər lenti