IMG-LOGO

Cevdet Yılmaz: Danışıqların alternativi müharibədir

16 Mar 2026 20:23 3 baxış
IMG

İrana hücumlar həm regional, həm də qlobal təhlükəsizliyə təhdid yaradıb.

"Report" xəbər verir ki, bunu iftar süfrəsində çıxışı zamanı Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

"Türkiyə həm iqtisadi, həm də siyasi cəhətdən bu qeyri-sabit dövrdə doğru siyasətlə yoluna davam edir",- o bildirib.

C. Yılmazın sözlərinə görə, Ankara barış və ədalətin tərəfindədir. "Bütün problemlərin diplomatik yolla həllini axtarırıq" , - vitse-prezident vurğulayıb və əlavə edib ki, danışıqların alternativi müharibədir və bu, günahsız insanların bombardmana məruz qalmasına səbəb olur:

"Savaşın heç kimə faydası yoxdur, hər kəs nəsə itirir. Ədalətli sülh isə hamı üçün sərfəlidir".

Xəbər lenti