IMG-LOGO

Azərbaycan lak-boya məmulatları istehsalını 31 %-ə yaxın artırıb

31 Oct 2026 11:41 6 baxış
IMG

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 39 min 678 ton lak-boya məmulatları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,8 % çoxdur.

Bu il oktyabrın 1-nə ölkədə 380,2 ton hazır məhsul ehtiyatı olub.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 43 min 479 ton lak-boya məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 0,4 % çoxdur.

Mənbə: report.az

Xəbər lenti