IMG-LOGO

Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü - Cinayət işi AÇILDI

31 Oct 2026 13:05 2 baxış
IMG
0 0

Sumqayıtda məktəbli qız küçədə döyülüb.

Lent.az xəbər verir ki, hadisə 9-cu mikrorayon ərazisində, binalardan birinin arxasında qeydə alınıb.

18 yaşlı Samir Musayev (şərti adla) sevgili münasibətlərində olduğu 15 yaşlı Mahirə Bağırovanın (şərti adla) baş nahiyəsinə yumruqla möhkəm zərbə vurub. Nəticədə yeniyetmə qız zərbənin təsirindən yerə yıxılaraq, xəsarətlər alıb və hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.

Faktla bağlı S. Musayev saxlanılıb və barəsində cinayət işi açılıb.

Məlumata görə, hadisə qısqanclıq səbəbilə yaranıb. Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib. Həmçinin orta məktəblərin birinin 9-cu sinfində təhsil alan Mahirə də Samirə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və S. Musayev məsuliyyətdən azad olunub.

Hadisələr cinayət işləri məhkəmə işləri məhkəmə qərarları Sumqayıt kriminal xəbərlər kriminal hadisələr

Mənbə: lent.az

Xəbər lenti