IMG-LOGO

Bolqarıstandan İstanbula turist aparan avtobus TIR-a çırpılıb, 10 nəfər yaralanıb

31 Oct 2026 05:17 11 baxış
IMG

Türkiyənin Edirnə şəhərində tur avtobusunun TIR-a arxadan çırpılması nəticəsində Bolqarıstan vətəndaşı olan 10 turist yaralanıb.

"Report" xəbər verir ki, qəza yerli vaxtla saat 01:30 radələrində baş verib.

Belə ki, Bolqarıstanın Ruse şəhərindən İstanbula turist aparan avtobusda iki sürücü və Bolqarıstan vətəndaşı olan 51 turistin olduğu bildirilir.

Yaralanan 10 turist xəstəxanalara yerləşdirilib, onların müalicəsi davam edir.

Mənbə: report.az

Xəbər lenti