Azərbaycanın iki sərbəst güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Arseniy Djioyev (86 kq) və Giorgi Meşvildişvili (125 kq) buna nail olublar.
A.Djioyev 1/4 finalda Yunanıstan təmsilçisi Georgios Kuqiumtsidisi məğlub edib. G.Meşvildişvili eyni raundda Türkiyə idmançısı Hakan Büyükçınqıldan üstün olub.
Nurəddin Novruzov 1/8 finalda qazaxıstanlı Asıl Aytakına, Kənan Heybətov 1/4 finalda ABŞ-dən olan Zein Rizerforda uduzub.
Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.
Mənbə: report.az