Naxçıvanda ər-arvad dəm qazından ölüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayonu, Hacıvar kəndində baş verib.
Dəm qazı sızması nəticəsində 1996-cı il təvəllüdlü Altay Cəfərov və onun həyat yoldaşı, 1998-ci il təvəllüdlü Səmənnaz Cəfərova dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılır.
Naxçıvan dəmq qazı ər-arvad