IMG-LOGO

Aeroport yolunda maşın piyadanı vurub öldürdü-YENİLƏNİB

10.07.2024 01:03 47 baxış
IMG

Aeroport şossesində ölən piyadanın kimliyi məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, avtomobilin vurduğu piyada 1961-ci il təvəllüdlü Musayev Salman Mahmud oğludur.

*** 22:30

 

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə aeroport şossesində baş verib.

Belə ki, 99-KO-266 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü şossenin piyadalar üçün müəyyən edilməyən hissəsindən keçən 35-45 yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb. Hazırda piyadanın şəxsiyyəti araşdırılır.

Xəbər lenti