ABŞ-nin Tennessi ştatında tornado nəticəsində bir neçə nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə NBC xilasetmə xidmətlərinin nümayəndəsinə istinadən məlumat yayıb.
Tornadonun binaların uçmasına səbəb olduğu qeyd edilir. Dağıntılar altında bir neçə nəfər qalıb.
Ölənlərin sayı dəqiqləşdirilməyib.