IMG-LOGO

Məşhur müğənniyə təcili tibbi yardım çağırılıb

10.12.2023 01:43 54 baxış
IMG

Rusiyalı məşhur müğənni İrina Dubtsovanın təcili tibbi yardıma ehtiyacı olub.

Lent.az xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Sənətçinin qan təzyiqi yüksəlib.

Dekabrın 9-da axşam saatlarında Arbatda yerləşən mənzildə anası təcili yardımı çağırıb.

Həkimlər onun vəziyyətini stabilləşdiriblər.

Xatırladaq ki, ötən ilin fevralında Dubtsova əməliyyat olunub.

Daha sonra müğənni cərrahi müdaxilənin səbəbini açıqlamayıb, ancaq anesteziyadan sonra özünü bir qədər zəif hiss etdiyini, həmçinin bir az südlü şokolad və qatıqla çiyələk yemək istədiyini bildirib.

Xəbər lenti