Məşhur meksikalı musiqiçi Anxel Martinez Arreqinin qızı övladını köpək balığından qoruyarkən ölüb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Xaliskodakı çimərlikdə baş verib. Bura turistik yerdir və orada həmişə çoxlu insan olur.
Qadın beş yaşlı oğlu ilə dənizdə çimərkən köpək balığı onlara yaxınlaşıb. Mariya oğlunu şişmə qayığa mindirə bilib. Bundan sonra yırtıcı bədbəxt qadını suyun altına sürükləyib. Xilasedicilər hadisə yerinə gəlib zərərçəkmişi çıxaran zaman onun artıq öldüyü məlum olub.
Ölən şəxsin 26 yaşı olub. O, Qvadalaxarada dəfn edilib.