Meksikanın mərkəzində yerləşən Tezkapilla şəhərində silahlı qrupun hücumu nəticəsində ən azı 11 nəfər ölüb.
Lent.az xəbər verir ki, bu barədə yerli Heraldo de Mexico qəzeti məlumat yayıb. Məlumata görə, insident ərazidə fəaliyyət göstərən silahlı dəstənin fermerlərdən pul tələb etməsi nəticəsində baş verib. Yaralıların sayı barədə məlumat verilmir. Bir neçə avtomobil də yanıb.
Meksika təhlükəsizlik qüvvələri vəziyyəti həll etmək üçün Tezkapillaya yerləşdirilib.