IMG-LOGO

Alimlər Atlantik okeanının rekord dərəcədə istiləşməs barədə xəbərdarlıq edirlər

09.12.2023 06:07 61 baxış
IMG

 

ABŞ-ın Sent-Corc şəhərindəki Bermud Okean Elmləri İnstitutundan olan alimlər Bermud adaları yaxınlığında Atlantik okeanının bütün müşahidə dövrü ərzində maksimal həddə istiləşmə qeydə alıblar.

Lent.az xəbər verir ki, tədqiqat “Frontiers in Marine Science” elmi jurnalında dərc olunub.

“Biz Atlantik okeanının subtropik hissəsində okean səthinin son 40 il ərzində təqribən 1 dərəcə Selsi istiləşdiyini aşkarlamışıq. Bundan başqa, okeanın duzluluğu artıb, oksigenin miqdarı isə aşağı düşüb”, - deyə məruzənin müəllifi, professor Nikolas Beyts qeyd edib.

Monitorinq qrupunun məlumatına görə, regionda suyun temperaturu 1980-ci illərdən başlayaraq, hər onillikdə təxminən 0,24 dərəcə Selsi yüksəlib. Tədqiqatçılar müşahidə ediblər ki, son 4 ildə istiləşmə daha da sürətlənib. Bununla yanaşı, okeanda oksigenin qatılığı elə həmin dövrdə 6 faiz aşağı düşüb, turşuluq səviyyəsi 30 faiz artıb. Bu isə qınlı (zirehli) dəniz canlılarının sağlamlığına təsir edə bilər.

Tədqiqatçıların sözlərinə görə, analoji dəyişikliklər dünya okeanının başqa hissələrində də qeydə alınır ki, bu da dəniz mühitində istiləşmə, duzlaşma və oksigen itkisi kimi proseslərlə qlobal əlaqədən xəbər verir.

Xəbər lenti