“Bloomberg”in məlumatına görə, 2023-cü ildə dünyanın ən zəngin ailəsi 305 milyard dollar sərvəti ilə BƏƏ-nin hakim sülaləsi Əl-Nəhayan olub. Lent.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Nəşr bildirir ki, ən varlı ailələr siyahısına Walmart mağazalar şəbəkəsinin təsisçiləri olan Uiltonlar və Hermes lüks brendinin sahibləri Hermes ailəsi də daxildir.
Agentlik vurğulayır ki, Qətərin hakim şeyxləri və əmirləri sülaləsi ilk dəfə reytinqə daxil edilib.