Dağıstanda antiterror əməliyyatları sona çatıb və əməliyyatlar zamanı 5 yaraqlı zərərsizləşdirilib.
Lent.az xəbər verir ki, bu barədə TASS-a Milli Antiterror Komitəsinin informasiya mərkəzindən məlumat verilib.
Dağıstan respublikasının rəhbəri Sergey Melikovun imzaladığı sərəncamla ölkədə üç günlük matəm elan edilib.
Melikov administrasiyasının Telegram kanalında verilən məlumata görə iyunun 24, 25 və 26-sı Dağıstanda matəm günləri elan edilib.