“Hizbullah” terrorçularının lideri Həsən Nəsrullah İrandan xəbərdarlıq alıb.
İran kəşfiyyatı “Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullaha İsrailin onu məhv etməyi planlaşdırdığı və onun Livanda qorunmadığı barədə məlumat verib.
Lent.az bildirir ki, bu xəbərv ərəb mediasında yer alıb. İran kəşfiyyatı hətta Nəsrullaha “başqa sığınacaqlara köçməyi tövsiyə edib, İsrail sizi izləyir və yerinizi bilir”.
İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabitləri “Hizbullah” terrorçu liderinə "İsrail sizi məhv etmək niyyətindədir" deyib və Nəsrullah və ailə üzvlərinə Livanı tərk edib İrana sığınmağı təklif ediblər.
Bu günlərdə “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah növbəti bəyanatla çıxış edərək, ölkənin şimalında baş verən hadisələrə toxunub. O, Kipr hökumətini birbaşa hədələyərək bildirib ki, əgər İsrailə Livana qarşı əməliyyatlar üçün Kipr hava limanlarından istifadə etməyə icazə verərsə, “müqavimət sizi düşmənçilik dairəsinə sürükləyəcək”.