IMG-LOGO

Turist pul ödəməmək üçün aviaşirkəti "aldatdı" - VİDEO

19.06.2024 17:58 65 baxış
IMG

Böyük Britaniyanın Lids şəhərindən olan 23 yaşlı rəqqasə Dilan Springer təyyarədə əlavə baqaja pul ödəmək istəməyib və qaydaları keçmək üçün yaradıcı bir yol tapıb.

Lent.az xəbər verir ki, gənc oğlan tez bir zamanda populyarlıq qazanan "TikTok"da yayımlanan videoda təcrübəsindən danışıb.

Hər şey Yunanıstanın Kos adasındakı hava limanında təyyarəyə minərkən başlayıb. Dilan qeyd edib ki, digər sərnişinlər baqaj normasından artıq daşıdıqlarına görə 48 funt sterlinq cərimə olunurlar. Əlavə pul ödəmək istəməyən oğlan hiylə işlətməyə qərar verib. Köynəyini belinə bağlayaraq çantasını içəriyə çevirib, sandalını corabının altına doldurub, cibinə kitab və yemək qoyub, portativ şarj cihazını isə sviterinin cibində gizlədib.

İnternetdə yayılan videoda Dilanın paltarından gizli əşyaları və qəlyanaltıları çıxarıb, təyyarəyə minməzdən əvvəl yenidən çantasına qoyduğu görünür. "Ümid edirəm ki, ayaqlarıma baxmazlar və mənim necə şişkin olduğumu görmürlər" deyə britaniyalı videoda danışıb. O, tutulmaq qorxusuna baxmayaraq, nəzarətdən görünmədən keçə bilib.

Xəbər lenti