IMG-LOGO

Payız fəsli Azərbaycana daxil oldu

23 Sep 2026 05:55 3 baxış
IMG
1 0

Payız fəsli Azərbaycana daxil olub.

Lent.az xəbər verir ki, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından APA-ya verilən xəbərə görə, bu an “payız bərabərliyi” adlanır.

Beləliklə, şimal yarımkürəsində astronomik payız, cənub yarımkürəsində isə astronomik yaz başlayıb.

Bundan sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalır, gecələr isə uzanmağa başlayır.

2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq. Həmin andan etibarən Şimal yarımkürəsində astronomik qış, Cənub yarımkürəsində isə astronomik yay başlayacaq.

Payız

Mənbə: lent.az

Xəbər lenti