IMG-LOGO

Suriya prezidentindən Trampa təklif: Nyu-Cersini İsrailə ver

23 Sep 2026 04:42 3 baxış
IMG
1 0

Suriya prezidenti Əhməd əş-Şaraa ABŞ lideri Donald Trampa zarafatla Nyu-Cersi ştatını İsrailə verməyi təklif edib.

Lent.az xəbər verir ki, o, bunu iki ölkə liderinin İsrailin işğalı altında olan Colan yüksəklikləri ətrafındakı vəziyyəti müzakirə etdiyi zaman söylədiyini bildirib.

əş-Şaranın sözlərinə görə, Tramp Ağ Evdə görüş zamanı Colan yüksəkliklərinin İsrailin suverenliyi altında olduğunu deyib.

Suriya lideri isə zarafatla soruşub: “Niyə israillilərə Nyu-Cersini vermirsiniz? Colan yüksəklikləri sizə məxsus deyil ki, onu kiməsə verəsiniz. Amma Nyu-Cersi sizindir. Bildiyimə görə, orada Trampa səs verməyən çoxlu demokrat var. Ona görə də onu israillilərə vermək yaxşı olardı. Heç olmasa, bu sizə məxsusdur, Colan yüksəklikləri isə Prezident Trampa məxsus deyil”.

Əş-Şara Nyu-Yorkda Atlantik Şurasının təşkil etdiyi tədbirdə çıxış edərkən bu fikirləri səsləndirib.

Tramp Suriya əş-Şaraa Colan

Mənbə: lent.az

Xəbər lenti