IMG-LOGO

Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir

17 May 2026 10:44 4 baxış
IMG
3 0

Anqola hökuməti sürətli urbanizasiya fonunda dayanıqlı şəhər inkişafını təmin etmək və mənzil problemini həll etmək üçün müxtəlif proqramlar həyata keçirir.

Lent.az “APA-Economics”-ə istinadən  xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşündə çıxış edən Anqolanın ictimai işlər, şəhərsalma və mənzil naziri Carlos Alberto dos Santos bildirib.

Onun sözlərinə görə, ölkədə urbanizasiya mənzil, nəqliyyat və kommunal infrastruktur sahəsində ciddi çağırışlar yaradır.

Nazir qeyd edib ki, Anqola bu problemlərin həlli üçün əlverişli mənzil tikintisini, dövlət-özəl tərəfdaşlığını və şəhərlərin yenidən qurulmasını əhatə edən proqramlar icra edir.

“Düzgün planlaşdırılan urbanizasiya iqtisadi artım, sosial inklüzivlik və iqlim dəyişikliklərinə uyğunlaşma üçün mühüm vasitədir”, – o vurğulayıb.

WUF13

Xəbər lenti