Birləşmiş Ştatlar hipersəs silahlarının inteqrasiyası ilə bağlı problemlərə görə onları istifadəyə verməkdə çətinlik çəkir.
Lent.az “Bloomberg“ agentliyinə istinadən xəbər verir ki, bu səbəbdən səkkiz yeni hipersəs raketinin ilk partiyası 2025-ci maliyyə ilindən tez tədarük edilməyə bilər.
Qeyd olunur ki, yeni maliyyə ili oktyabrın 1-də başlayacaq, lakin hipersəs silahları hələ lazımi sınaqlardan keçməyib.
“Raket sınağı və istehsalı üzrə cari planlara əsasən, ABŞ ordusu ilk bütöv batareyasını yalnız 2025-ci maliyyə ilində əldə edə biləcək”, - agentlik Pentaqonun hesabatına istinadən qeyd edib.